“AVİAPARTNER” – Azərbaycanın beynəlxalq və yerli turizm və aviasiya şirkətlərini daxili bazarda təqdim edən ən böyük və ən etibarlı B2B baş satış agentidir (General Sales Agent). Biz yarandığımız 2009-cu ildən etibarən partnyorlarımıza ən sərfəli təkliflər almağa, xidmət çeşidini genişləndirməyə və satışlarını artırmağa kömək edirik.
Şirkət BƏƏ, Maldiv adaları, Tanzaniya və Şri-Lanka kimi məşhur istiqamətlərdə hərtərəfli səyahət paketləri və hotel rezervasiyaları təklif edir.
“AVİAPARTNER” “flydubai”, “Pegasus” Hava Yolları, həmçinin beynəlxalq tur operator olan “Voyager Group” üçün GSA kimi fəaliyyət göstərir. Şirkətin portfelinə “Geosky”, “Gulf Air” və “Aegean Airlines” ilə əməkdaşlıq da daxildir.
Onu da qeyd edək ki, şirkətimiz 2023-cü ildən Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) agentidir.
Nə üçün bizi seçirlər?
✔ Beynəlxalq brendlərin rəsmi nümayəndəsiyik;
✔ Partnyorlar üçün eksklüziv tariflər və imtiyazlar təklif edirik;
✔ Müasir texnologiyalar və sərfəli B2B alətləri təklif edirik;
✔ Əməkdaşlığın hər mərhələsində fərdi yanaşma və dəstək göstəririk.
“AVİAPARTNER” ilə əməkdaşlıq etməklə, biznesinizin rəqabət mühitində böyüməsinə və inkişafına kömək edəcək etibarlı tərəfdaş əldə edirsiniz.
“Aviapartner” səyahətinizin hər mərhələsində sizin yanınızda olub, uçuş biletlərindən viza dəstəyinə qədər hər bir ehtiyacınız üçün həllər təklif edir.
AZ1025, Xətai rayonu, Ə.Quliyev 1131, Babək Plaza, 8-ci mərtəbə
Bakı, Azərbaycan
(+994 12) 598 05 98
(+994 70) 598 05 98